29 yanvar 2018-ci il tarixində saat 10:30-da AMEA-nın Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik" adlı elmi konfrans keçiriləcək.
Tədbir AMEA-nın İctimai Elmlər Bölməsi, Fəlsəfə İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Ünvan: Bakı ş., H.Cavid pr., 115 (IX mərtəbə).
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.