Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İçməli suyun istifadəyə yararlılığını yoxlayan test hazırlanıb
22.01.2018 11:11
  • A-
  • A
  • A+

İçməli suyun istifadəyə yararlılığını yoxlayan test hazırlanıb

Böyük Britaniyanın Bat Universitetinin ekspertləri tərəfindən içməli suyun istifadəyə yararlılığını yoxlayan birdəfəlik test hazırlanıb. Mütəxəssislər bu testin Afrika ərazisində yaşayan minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayırlar.

actualnews.org saytı xəbər verir ki, yeni işləmə qrafit elektrodlu və elektrikkeçirici bakteriya təbəqəli kağızı xatırladır. Zolaq öz rəngini zəhərli kimyəvi maddə, ağır metal, herbisid və digər gözlə görünməyən əlavələr ilə reaksiya zamanı dəyişir. Lakmus kağızına bənzəyən testerin rənginin dəyişməsi suyun tərkibindəki zərərli qatqıların mövcudluğu barədə məlumat verir. “WaterAid”-in apardığı qiymətləndirməyə əsasən indiki dövrdə Yer kürəsinin 850 mln sakini təmiz su çatışmamazlığından əziyyət çəkir.

Bu cür testləri inkişaf etmiş ölkələrin ərazisində də tədbiq etmək mümkündür. Test ucqar yaşayış ərazilərində suyun keyfiyyətini müəyyənləşdirməyə imkan verəcək, həmçinin turist və xilasedicilərə içməli su ehtiyatlarının çirklənməsinə səbəb olan fövqəladə hallar zamanı yardım göstərəcək.

  • Paylaş: