Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxana Vatikandan poçt markaları alıb
22.01.2018 10:46
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Vatikandan poçt markaları alıb

Vatikanda Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycan, Gürcüstan, Meksika, Polşa, Yunanıstan, İsveç səfərlərinə həsr olunan xüsusi poçt markaları buraxılıb. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) bu markaları əldə edərək kolleksiyasını zənginləşdirmək məqsədilə İtaliyanın Ca Foscari Venezia Universitetinə müraciət edib. Müraciət əsasında həmin universitetin Linqvistika Kitabxanası beynəlxalq kitab mübadiləsi çərçivəsində Roma Papasının səfərlərinə dair markaları MEK-ə göndərib.

Azərbaycan və Gürcüstan səfərinə həsr edilən poçt markasında katoliklərin dini liderinin arxa fonunda Bibiheybət məscidinin şəkli əks olunub.

Məlumat üçün qeyd edək ki, hazırda MEK-in markalar kolleksiyasında 1042 marka vardır. Onlardan 1020-si Azərbaycan, 22-si ingilis, ukrayna, moldova, rus, belarus və çex dillərindədir. Kitabxananın Nadir kitab fondunda mühafizə edilən markalar elektron kataloqa daxil edilərək MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: