Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş kitabların sərgisi açılıb
19.01.2018 09:50
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş kitabların sərgisi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının sərgi salonunda 20 Yanvar faciəsi haqqında yazılmış kitabların sərgisi açılıb.

Sərgidə kitabxananın fondunda olan “Şəhidlər”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər”, “Qarabağ rüzgarları”, “Qara Yanvar şəhidləri”, “Şəhidlər dastanı”, “Dünyamızın 20 Yanvar faciəsi”, “Nikbin faciə”, “Qara Yanvar dialoqu”, “Qanlı Yanvar”, “Vətən çağırır” və digər kitablar nümayiş olunur.

Sərgi yanvarın sonunadək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: