Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin əsərləri çap olunub
17.01.2018 11:23
  • A-
  • A
  • A+

Görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin əsərləri çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə XIX-XX əsrdə yazıb yaratmış görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin əsərləri çapdan çıxıb. Kitab Bakı şairlərinin bir araya gəldiyi məşhur “Məcməüş-şüəra” məclisinin ən fəal üzvlərindən olan M.A.Münirinin 155 illik yubileyinə həsr olunub.

Xatırladaq ki, M.Münirinin “Bahar ağlayışı” adlı yeganə şeirlər kitabı 1926-cı ildə işıq üzü görmüşdü. Şairin yeni kitabına  Məhəmməd Səid Ordubadinin arxivindən əldə edilmiş  15 beytlik “Ədibimiz Məhəmməd Səid Ordubadiyə təbrik” məsnəvisi daxil edilmiş və “Bahar ağlayışı” kitabında yol verilmiş bir sıra xətalar aradan qalıdırılmışdır. Kitab qəzəllər, müxtəlif şeirlər, rübailər, mənzum məktublar  və məqalələr adlı bölmələrdən ibarətdir.

Mirzə Ağadadaş Münirinin “Əsərlər”i adlı bu kitaba Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal geniş ön söz yazıb. Kitabın redaktorları Rauf Şeyxzamanlı və Seyyid Məcid Əsri, rəyçiləri isə fil.ü.f.d. Vərağa Almasov və Qutiyera Cəfərovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: