Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Şamaxıda vulkan püskürüb
17.01.2018 11:48
  • A-
  • A
  • A+

Şamaxıda vulkan püskürüb

Yanvarın 15-də gecə saat 00:23-də Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürüb. Püskürmə 3-5 dəqiqə davam edib, hündürlüyü 10, diametri 60-70 metr, məhsullarının həcmi 1490 kubmetr olub. Püskürmənin qalınlığı mərkəzi hissədə 50-70, kənarlarda 20 santimetr təşkil edib.

Qeyd edək ki, həmin vulkan klassik vulkanlar sırasına daxildir və hər tərəfdən palçıq vulkanları ilə əhatə olunub. Püskürməyə səbəb ocaq zonasında qazların və təzyiqli suların toplanması və tektonik aktivlikdir. Bu vulkan sonuncu dəfə 2008-ci ildə püskürüb. İndiki paroksizm hadisəsi sayca qeydə alınan 14-cü püskürmədir.

Hazırda proses dayanıb və aktivlik gözlənilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: