Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Ramiz Mehdiyevin AXC-nin 100 illiyinə həsr edilmiş  kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub
16.01.2018 11:26
  • A-
  • A
  • A+

Akademik Ramiz Mehdiyevin AXC-nin 100 illiyinə həsr edilmiş kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabı daxil olub.

Kitabın ideyasının və “Ön söz”ünün müəllifi, nəşrin elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşr Prezident İlham Əliyevin AXC-nin 100 illiyi ilə bağlı Sərəncamına əsasən cümhuriyyətin yubileyinə töhfə olaraq hazırlanıb.

“Qafqaz Fövqəladə Komissiyasının sənədləri” adlanan və ilk dəfə ana dilimizdə nəşr olunan diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə İran ilə AXC arasındakı siyasi əlaqələrə dair mühüm tarixi mənbələrdən biridir. Topluda həmin dövrdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında Seyid Ziyaəddin Təbatabainin rəhbərliyi ilə fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər əksini tapıb. Ümumilikdə 98 sənədin cəmləşdiyi toplu yalnız ADR-İran münasibətlərinin deyil, o dövrdə Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından da ciddi əhəmiyyətə malikdir. Sənədlərin böyük əksəriyyətinin uzun müddət məxfi xarakter daşıması və geniş ictimaiyyətdən gizli saxlanılması səbəbindən tədqiqatçıların onlarla tanışlığı ADR-in siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmağa imkan verəcək, həmçinin artıq oturuşmuş sayılan bəzi yanaşmaları yenidən, fərqli bucaq altında nəzərdən keçirməyə sövq edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: