www.science.az
12.01.2018 11:45

Azərbaycan və özbək xalqlarının tarixi əlaqələrindən bəhs edən kitab çap olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi fond işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovanın “Azərbaycan və özbək xalqlarının tarixi əlaqələri” adlı kitabı rus dilində çapdan çıxıb.

Nəşr Azərbaycan-özbək xalqlarının tarixi əlaqələrinin ən qədim dövrdən 1991-ci ilədək araşdırılmış ilk xüsusi, kompleks tədqiqat işidir. Monoqrafiyada Azərbaycan və Özbəkistan xalqları arasında siyasi, sosial-ekonomik, mədəni, tarixi əlaqələrin əsas xüsusiyyətləri göstərilib. Təqdim edilən araşdırma iki ölkə arasındakı münasibətlərin inkişaf tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.