Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan  Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik”  mövzusunda elmi konfrans keçiriləcək.
11.01.2018 13:04
  • A-
  • A
  • A+

“Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçiriləcək.

Fevralın 20-də saat 11:00-da AMEA-nın Əsas binasında “Azərbaycan  Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik”  mövzusunda elmi konfrans keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamına əsasən baş tutacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 8 fevral 2018-ci il tarixinədək Azərbaycan, rus və ya ingilis dillərində elmtarixi@gmail.com elektron ünvanına göndərə bilərlər.  

Tezislərin tərtibatına dair tələblər:

- Mətn Microsoft Word A4 ölçüdə, Times New Roman, 12 şrift, 1 intervalla, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm, abzaslar 1.15 sm. parametrlərinə uyğun olmalıdır;

- Müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı və əlaqə nömrəsi səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə yazılmalıdır;

Konfransın təşkilatçıları AMEA-nın İctimai Elmlər Bölməsi və Elm Tarixi İnstitutudur.

Əlaqə nömrəsi: (+994 12) 539 51 36;

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: