Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qafqazın və Ön Asiyanın arxeologiyasının problemləri. Neolit-son tunc” kitabı rus dilində çapdan çıxıb
09.01.2018 09:24
  • A-
  • A
  • A+

“Qafqazın və Ön Asiyanın arxeologiyasının problemləri. Neolit-son tunc” kitabı rus dilində çapdan çıxıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Qafqazın və Ön Asiyanın arxeologiyasının problemləri. Neolit-son tunc” (Проблемы археологии Кавказа и Передней Азии. Неолит-поздняя бронза) adlı kitab işıq üzü görüb.

Nəşr tanınmış arxeoloq, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun (1927-2006) anadan olmasının 90-cı ildönümünə həsr edilib.

Kitabın müəllifi və redaktoru Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblidir.

Vəsaitdə rus və ingilis dillərində Azərbaycan və əcnəbi arxeoloqların elmi məqalələri toplanıb. Həmçinin İ.Nərimanovun həyat və elmi fəaliyyətinə həsr olunan yazılar yer alıb.

Qeyd edək ki, neolit dövrü Şomutəpə arxeoloji mədəniyyətini və son xalkolit (son eneolit) dövrü Leylatəpə mədəniyyətini kəşf etmiş görkəmli alim İ.Nərimanov Qafqazın və Ön Asiyanın məhz göstərilən dövr abidələrinin tədqiqatları ilə məşğul olub. Alimin Azərbaycanda arxeoloji abidələrin aşkar edilməsi, geniş qazıntıların aparılması və ölkəmizdə arxeologiya elminin inkişafında müstəsna xidmətləri olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: