Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvanı tanıyaq” kitabı çap olunub
08.01.2018 16:52
  • A-
  • A
  • A+

“Naxçıvanı tanıyaq” kitabı çap olunub

Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri, dosent Əli Həsənovun müəllifi olduğu “Naxçıvanı tanıyaq” adlı kitab işıq üzü görüb.

Nəşrin redaktoru AMEA-nın müxbir üzvü Tofiq Əliyevdir. Elmi məqalələr toplusunda qədim diyarın fiziki-coğrafi şəraiti, təbii sərvətləri, iqtisadi-coğrafi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumatlar öz əksini tapıb.

Kitab 5 min illik tarixə malik olan Naxçıvanı tanıtmaqla bərabər, onun bugünkü yüksəlişini, elmi-mədəni, sosial-iqtisadi inkişafını oxuculara çatdırmaq məqsədi daşıyır.

"Naxçıvanı tanıyaq" kitabının hazırlanmasında AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, dosentlər - Şəmil Mahmudov, Musa Piriyev, Həbib Hüseynov, Əli Tahirov, Hilal Qasımov, Lətifə Novruzova, Asif Axundov, baş müəllim Hüseyn Novruzov və AMEA Naxçıvan Bölməsinin əməkdaşları - professor Əliyar İbrahimov, dosent Sahib Hacıyev və Heydər Əliyev adına tam orta məktəbin müəllimi Həsən Həsənov iştirak ediblər.

Nəşr coğrafiya, biologiya, zoologiya, baytarlıq və digər ixtisaslar üzrə təhsil alan tələbələr, magistrantlar və müəllimlər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: