Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İqtisadiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib
28.12.2017 12:03
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamı və AMEA Rəyasət Heyətinin həmin yubileylə bağlı müvafiq tədbirlər planına uyğun olaraq İqtisadiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.

Tədbirdə institutun direktoru, i.e.d., professor Nazim Müzəffərli Şərqdə ilk parlamentli respublikanın – AXC-nin yaranma tarixindən, onun süquta uğramasının səbəblərindən  danışıb.

“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olub” - deyən institut direktoru AXC dövrünün iqtisadiyyatının elmi baxımdan dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb. O, bu istiqamətdə İqtisadiyyat İnstitutunun rolunu önə çəkib.

Sonra institutun aparıcı elmi işçisi, i.f.d. Seyfəddin Səməndərov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi islahatlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi AXC-nin mövcud olduğu qısa müddət ərzində ölkədə siyasi, sosial-iqtisadi vəziyyət, tarixi şərait, dövrün reallıqları, milli azadlıq hərakatının əsas xüsusiyyətləri, xalqın öz müqəddaratını təyin etmək uğrunda apardığı mübarizə ilə bağlı çıxış edib. O, AXC-nin qurucuları, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, “İstiqlal bəyannaməsi”nin qəbul edilməsi, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsi, AXC hökumətinin tərkibi, hökumətin Tiflisdən Gəncəyə, sonra Bakıya köçürülməsi, sonrakı qısa müddət ərzində dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər barədə danışıb.

S.Səməndərov cəmi 23 ay mövcud olmuş AXC hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsas mahiyyətini, hədəflərini təhlil edərək, xüsusən aqrar islahatlar, torpaqların kəndlilərə verilməsi, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması, maliyyə-vergi siyasəti, milli valyutanın buraxılması, dövlət bankının yaradılması, dövlət büdcəsinin formalaşdırılması, dağılmış infrastrukturun yenidən qurulması, sənayenin inkişafı istiqamətində atılan addımlar, xarici ticarət əlaqələrinin qurulması sahəsində görülən işləri diqqətə çatdırıb.

Konfransda professor İsa Alıyev, iqtisad üzrə fəlsəfə doktorları Samirə Abasova, Aqil Əsədovİlkin SoltanlıCəlil Quliyev və başqaları çıxış edərək AXC dövrünün daha dərindən öyrənilərək gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: