Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Folklorun sosial aspektləri: kommunikasiya və virtual ənənə” mövzusunda respublika elmi konfransı keçiriləcək
27.12.2017 11:37
  • A-
  • A
  • A+

“Folklorun sosial aspektləri: kommunikasiya və virtual ənənə” mövzusunda respublika elmi konfransı keçiriləcək

Dekabrın 28-də saat 14:00-da AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklorun sosial aspektləri: kommunikasiya və virtual ənənə” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbirdə “Kommunikasiya folklorun funksional strukturunun sosial şərti kimi”, “Texnokulturoloji mühitdə folklor: virtual ənənə və kommunikasiya”, “Edip kompleksinin məna yaradıcı gücü: psixoloji konfliktdən sosial-mədəni normalara” və “Şifahi ünsiyyət prosesində folklorun semantikası” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: