Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.12.2017 15:25
  • A-
  • A
  • A+

AMEA-nın Kimya Elmləri Bölməsinin illik ümumi yığıncağı keçirilib

AMEA-nın Kimya Elmləri Bölməsinin illik ümumi yığıncağı keçirilib

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya Elmləri Bölməsinin (KEB) illik ümumi yığıncağı keçirilib.

Əvvəlcə bölmənin cari ildə vəfat etmiş üzvləri - akademik Rəfiqə Əliyeva və AMEA-nın müxbir üzvü Nazil Canibəyovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İclasda AMEA-nın vitse-prezidenti, KEB-in akademik-katibi, akademik Dilqəm Tağıyev çıxış edərək gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif FərzəliyevPolimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edərək təmsil etdikləri qurumların 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatlarını təqdim ediblər.

Daha sonra hesabatlar ətrafında müzakirələr aparılıb, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Milli Nüvə Tədqiqat Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin sədri, akademik Adil Qəribov və digərləri çıxış edərək hesabatların qənaətbəxş olduğunu bildiriblər.

Tədbirdə, həmçinin Kimya Elmlər Bölməsinin həqiqi və müxbir üzvlərinin hesabatları da dinlənilib.

Yekunda bölmə institutlarının, eləcə də KEB-də çalışan AMEA-nın həqiqi və müxbir üzvlərinin hesabatları qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: