Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutu ilə Türkiyənin İslam, Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb
25.12.2017 10:43
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutu ilə Türkiyənin İslam, Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb

Dekabrın 22-də AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Türkiyənin İslam, Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi (İTSMAM) arasında əməkdaşlığa dair memorandum imzalanıb. 

Sənədi Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və İTSMAM-ın direktoru Halit Eren imzalayıblar.

Memorandumda tədbirlərin təşkilində qarşılıqlı dəstək, tədris proqramlarının reallaşdırılması, təcrübə, mütəxəssis və mənbələrin mübadiləsi, müştərək nəşr və bu kimi elmi fəaliyyət işləri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: