Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Fənər funksiyasını yerinə yetirən güllər icad edilib
21.12.2017 15:06
  • A-
  • A
  • A+

Fənər funksiyasını yerinə yetirən güllər icad edilib

Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri otlardan və güllərdən “Lampa” kimi istifadəyə imkan verən yeni yanaşma təklif ediblər.

www.mk.ru saytının məlumatına görə, alimlər kimyəvi reaksiya zamanı işıqlanma yaradan xüsusi reagentlər hazırlayıblar.

Tədqiqatçılar tərəfindən silisium və üzvi polimerlər əsasında nanohissəciklər yaradılaraq, ot və yarpaqların toxumalarına xüsusi piqment və ferment "kokteyli" yeridilib. Bu zaman işıq şəklində enerji ayrılması ilə nəticələn kimyəvi reaksiya baş verib. Beləliklə, alimlər 3,5 saat ərzində sönməyən nisbətən parlaq işığa nail olublar.

Gələcəkdə tədqiqatçılar öz texnologiyalarını modifikasiya edərək effektivliyini artırmaq niyyətindədirlər. Mütəxəssislərin fikrincə, onların ixtirası insanlar tərəfindən istehlak olunan elektrik enerjisini 20 faizə qədər azaltmağa imkan verəcək.

  • Paylaş: