Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.12.2017 15:26
  • A-
  • A
  • A+

AMEA ilə Əlcəzair Elm və Texnologiyalar Akademiyası arasında əlaqələr genişləndirilir

AMEA ilə Əlcəzair Elm və Texnologiyalar Akademiyası arasında əlaqələr genişləndirilir

Dekabrın 20-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə müzakirə edilən məsələlərdən biri "AMEA və Əlcəzair Elm və Texnologiyalar Akademiyası arasında elmi əməkdaşlıq haqqında" anlaşma memorandumu haqqında olub. Bununla bağlı AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək 27-30 noyabr 2017-ci il tarixlərində Akademiya rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin Əlcəzair Xalq Demokratik Respublikasına səfərini xatırladıb. Səfər çərçivəsində akademiyalar arasında elmi əməkdaşlıq memorandumunun imzalandığını bildirən akademik Rasim Əliquliyev tərəflərin elm, texnologiya və innovasiyanın inkişafı, elmi təcrübə və tədqiqat nəticələrinin, eləcə də alim, mütəxəssis və doktorantların mübadiləsini həyata keçirmək barədə razılığa gəldiyini deyib.

Akademik qeyd edib ki, tədqiqat fəaliyyəti üçün birgə beynəlxalq laboratoriya və mərkəzlərin yaradılması, tədbir və sərgilərin təşkili sənədin əsas bəndlərindəndir. Əməkdaşlıq əlaqələri təbiət, tibb, aqrar elmlər, riyaziyyat və informasiya-kommunikasiya texnologiyaları sahələrini əhatə edir.

İclasda elmi əməkdaşlıq haqqında anlaşma memorandumu təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: