Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tehranın Məclis Kitabxanasından yeni əlyazmalar toplusu əldə edilib
18.12.2017 14:27
  • A-
  • A
  • A+

Tehranın Məclis Kitabxanasından yeni əlyazmalar toplusu əldə edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından Osmanlı şairlərinin şeirlərindən ibarət əlyazma məcmuəsinin surətini əldə edib.

133 səhifədən ibarət topluda XVI-XVII əsrlərdə yaşamış Osmanlı şairləri - Xəyali, Baqi, Növi, Nicati, Şeyxülislam Yəhya, Ruhi və digərləri ilə yanaşı, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də qəzəllərinə yazılmış nəzirə və təxmislər mühüm yer tutur.

Məcmuə Füzuli yaradıcılığının Osmanlı ədəbiyyatına əhəmiyyətli dərəcədə təsirini bir daha sübut edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: