Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Rusiyanın Altay Dövlət Universitetinin əməkdaşları AMEA-nın Zoologiya İnstitutunda olublar
14.12.2017 08:24
  • A-
  • A
  • A+

Rusiyanın Altay Dövlət Universitetinin əməkdaşları AMEA-nın Zoologiya İnstitutunda olublar

Rusiyanın Altay Dövlət Universitetinin əməkdaşları Roman Yakovler və Maçyura Aleksandr AMEA-nın Zoologiya İnstitutunda olublar.

Bu elm müəssisəsinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov ilə görüşən qonaqlar Protozoologiya laboratoriyasında kadr hazırlığı üçün müraciət etdiklərini söyləyiblər. Onlar, həmçinin Azərbaycanın müxtəlif rayonlarında tədqiqat işləri aparmaqda maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə kompleks ekspedisiyalar barədə danışıqlar aparılıb. Yaxın gələcəkdə Altay Dövlət Universiteti ilə Zoologiya İnstitutu arasında əməkdaşlığa dair müqavilənin imzalanacağına dair razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: