Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid yeni materiallar daxil olub
13.12.2017 09:56
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid yeni materiallar daxil olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü tarixinin tədqiqi və təbliğində mühüm işlər həyata keçirir.

Bu yaxınlarda muzeyin Neqativ fonduna AXC-nin tarixini əks etdirən 100-ə yaxın neqativ fotolar daxil olub. Hazırda fondun əməkdaşları tərəfindən yeni materiallar müəyyənləşdirilir, aktlaşdırılır və pasportlaşdırma işləri görülür.

Materiallar Azərbaycan tarixinin müstəqillik dövrünün daha dərindən öyrənilməsi və tədqiqində dəyərli mənbədir. Qeyd edək ki, AXC-nin 100 iliyi ilə əlaqədar muzey materiallarından ibarət kataloqun nəşr olunması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: