İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetinin professoru Zvi Ben-Avraham AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.
Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və RSXM-nin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonağa Monitorinq Mərkəzində aparılan tədqiqatlarla bağlı ətraflı məlumat verilib.
Görüşdə iki ölkə arasında seysmologiya sahəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.