Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrindən bəhs edən tədbir keçiriləcək
06.12.2017 12:11
  • A-
  • A
  • A+

Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrindən bəhs edən tədbir keçiriləcək

Dekabrın 8-də saat 12:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” adlı elmi konfrans keçiriləcək.

Tədbirdə "Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri: həyata keçirilən layihələr, perspek­tivlər”, “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 2 ildə Daş­kənd­də özbək dilində çap olunan kitablar haqqında” və digər mövzularda məruzələr dinləniləcək. Həmçinin “Əzəli dostluq riştələri” adlı filmin nümayişi olacaq.

Konfrans çərçivəsində AMEA-nın Ədəbiyyat İnsti­tu­tu, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Özbəkistan­dakı Heydər Əliyev adına Azərbaycan Mədəniy­yət Mərkəzi arasında üçtərəfli əməkdaşlığa dair memo­ran­dumun imza­lanması da nəzərdə tutulub.

Ünvan:­ Ba­kı, Hüseyn Cavid prospekti 115, Akademiya şəhərciyi, Əsas bina, IV mərtəbə.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: