Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da Xalq rəssamı Ömər Eldarovun 90 illik yubileyi qeyd olunacaq
30.11.2017 14:31
  • A-
  • A
  • A+

AMEA-da Xalq rəssamı Ömər Eldarovun 90 illik yubileyi qeyd olunacaq

Dekabrın 1-də saat 10:30-da AMEA-nın Əsas binasında görkəmli heykəltəraş, Xalq rəssamı, “Şərəf” və “İstiqlal” ordenli, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.

Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə baş tutacaq yubiley tədbirində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Elmi sessiyada milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan ustad sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınacaq, onun Azərbaycan incəsənətinə verdiyi töhfələrindən söhbət açılacaq.

Tədbirdə “Görkəmli heykəltaraş, akademik Ömər Eldarov”, “Ömər Eldarovun yaradıcılığında memorial abidələr”, “Bakının bədii-estetik obrazının formalaşmasında Xalq rəssamı Ömər Eldarovun əsərlərinin rolu” və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: