Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2017 16:25
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Avropa Ətraf mühit bürosunun seminarında iştirak edib

Azərbaycanlı alim Avropa Ətraf mühit bürosunun seminarında iştirak edib

Radiasiya Problemləri İnstitutunun Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Avropa Ətraf mühit Bürosunun Budapeşt şəhərində keçirilmiş Regional Məsləhətləşmə seminarında iştirak edib.

4-6 dekabr 2017-ci il tarixlərində Kenyanın paytaxtı Nairobidə keçiriləcək BMT-nin Ətraf mühit Assambleyasına hesabat məruzəsini müzakirə etmək məqsədilə təşkil olunan seminarda Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində ətraf mühitin vəziyyəti haqqında məruzənin əsas müddəaları nəzərdən keçirilib.

Tədbirə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf mühit proqramının eksperti kimi dəvət alan İslam Mustafayev Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda mövcud ekoloji vəziyyətə münasibətini bildirib və zəruri olan məsələlərin hesabata daxil edilməsini təklif edib. 

İ.Mustafayev, həmçinin Şərqi Avropa ölkələri üçün Regional Ekoloji Mərkəzdə keçirilən görüşdə Ukrayna və Kosova nümayəndələri ilə birlikdə hesabat məruzəsinə döyüş əməliyyatları nəticəsində ətraf mühitə dəyən ziyanın qiymətləndirilməsini və BMT-nin Ətraf mühit Assambleyasının müzakirəsinə verilməsini təklif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: