Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Riyaziyyat və Mexanika İnstitutunda “Noosphere Ventures USA İnc.” şirkətinin əməkdaşları ilə görüş keçirilib
29.11.2017 14:56
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda “Noosphere Ventures USA İnc.” şirkətinin əməkdaşları ilə görüş keçirilib

ABŞ-ın Koliforniya ştatında yerləşən “Noosphere Ventures USA İnc.” şirkətinin Ukrayna Bölməsinin nümayəndələri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda olublar.

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun rəhbərlik etdiyi tətbiqi işlər üzrə qrupun əməkdaşları ilə görüşən qonaqlar peyk verilənlərinin identifikasiyası məsələlərində istifadəsi istiqamətində birgə tədqiqatların aparılmasına dair müzakirələr aparıblar. Gələcəkdə bu tədqiqatların genişləndirilməsi qərara alınıb.

Görüş Riyaziyyat və Mexanika İnstitutu ilə şirkətin Ukrayna filialı olan “EOC DATA Analitikc Ukraina” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: