Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxana Cocuq Mərcanlı məktəbinə kitablar hədiyyə edib
28.11.2017 17:11
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Cocuq Mərcanlı məktəbinə kitablar hədiyyə edib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Səfər zamanı əməkdaşlara ölkə Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncama müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib. 

İlk olaraq Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbini ziyarət edən MEK təmsilçiləri birinci sinif şagirdləri ilə görüşüb, 400-ə yaxın kitabı məktəbin kitabxanasına hədiyyə veriblər.

Daha sonra qonaqlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gələrək buranın axundu Elman Piriyevlə görüşüblər.

Kitabxana əməkdaşları Cocuq Mərcanlı kəndinin işğaldan azad olunandan sonra qısa müddətdə aparılmış və davam edən tikinti-quruculuq, yenidənqurma işləri ilə tanış olub, kənd sakinləri ilə görüşüblər.

Sonda MEK nümayəndələri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər.

Məlumat üçün qeyd edək ki, kitabxananın  Milli Rəqəmsal Yaddaş layihəsi çərçivəsində və Vikipediyada 20 Yanvar faciəsi günü və aprel döyüşləri zamanı həlak olmuş şəhidlərimizin siyahıları MEK-in elektron yaddaşında da öz əksini tapıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: