Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Şeir sənətində Nizami Gəncəvi yaradıcılığı” adlı müzakirə dərsi keçilib
27.11.2017 11:12
  • A-
  • A
  • A+

“Şeir sənətində Nizami Gəncəvi yaradıcılığı” adlı müzakirə dərsi keçilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Gəzək, Görək, Öyrənək” adlı layihə ilə bağlı müzakirə dərsi keçilib.

Tədbir Təhsil Nazirliyi tərəfindən elan olunmuş "Təhsildə inkişaf və innovasiyalar" birinci qrant müsabiqəsi çərçivəsində baş tutub.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunan dərs “Şeir sənətində Nizami Gəncəvi yaradıcılığı” adı altında təşkil edilib. Diskussiyada Göyçay rayonunun orta məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.

Şagirdlərə N.Gəncəvinin həyatı və yaradıcılığı, fəlsəfi dünyagörüşü, milli mənsubiyyəti ilə bağlı ətraflı məlumat verilib.

Tədbirdən sonra məktəblilər özlərinin əl işi olan Nizami Gəncəvinin portretini  instituta hədiyyə edib, alimlərlə birgə xatirə şəkli çəkdiriblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: