29 noyabr 2017-ci il tarixində saat 11:00-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbir Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən baş tutacaq.
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 26
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.