Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Rusiyalı alimlər Milli Azərbaycan Tarixi Muzeyində olublar
23.11.2017 10:52
  • A-
  • A
  • A+

Rusiyalı alimlər Milli Azərbaycan Tarixi Muzeyində olublar

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitaj Muzeyinin Tekstil və Sulu boyakarlıq Elmi bərpa laboratoriyasının rəhbəri Marina Denisova və bərpaçı rəssamlar - Mariya Tixonova, Darya Vasilyeva Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Muzeyin Bərpa laboratoriyasını gəzən qonaqlara eksponatların restavrasiya texnikası haqqında məlumat verilib.

Rusiyalı mütəxəssislər, həmçinin muzeyin tekstil və boyakarlıq texnologiyası ilə maraqlanıb, öz təcrübələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: