Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Naхçıvan Bölməsində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi konfrans keçirilib
28.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Naхçıvan Bölməsində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi konfrans keçirilib

Martın 27-də AMEA Naхçıvan Bölməsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya siyasəti” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademikİsmayıl Hacıyev ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti, azərbaycanlıların amansızlıqla qətlə yetirilməsi, o cümlədən repressiyaya və deportasiyaya məruz qalması, etnik təmizləmə, ərazilərimizin bir hissəsinin işğal edilməsi və sair haqqında ətraflı məlumat verib. Ermənilərin Naxçıvanda törətdikləri kütləvi qırğınlardan bəhs edən akademik erməni daşnaklarının soyqırımı və təcavüz siyasətinin mahiyyətindən danışıb.

Tədbirdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktlarının bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi fərmanlar böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

Konfransda AMEA Naхçıvan Bölməsinin Tariх, Etnoqrafiya və Arхeologiya İnstitutunun direktoru Fəхrəddin Səfərli “Azərbaycanlıların soyqırımı və deportasiyası məsələsinə dair”, institutun böyük elmi işçisi Sara Hacıyeva“Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi siyasəti”, şöbə müdiriEmin Şıxəliyev “XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırımıların mahiyyəti, nəticələri” mövzularında məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman apardıqları məqsədyönlü soyqırımı siyasətinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının da öhdəsinə böyük vəzifələr düşür.

Sonra erməni vəhşiliklərini əks etdirən “31 mart –Azərbaycanlıların soyqırımı” adlı videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: