Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutu “Azərkosmos” ASC-nin keçirdiyi müsabiqənin qalibi olub
15.11.2017 15:00
  • A-
  • A
  • A+

Botanika İnstitutu “Azərkosmos” ASC-nin keçirdiyi müsabiqənin qalibi olub

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən elan edilən “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin qalibi olub.

Elmi müəssisə müsabiqədə akademik Validə Əlizadənin rəhbərliyi ilə həyata keçirilən “Qərbi Xəzərin orta hissəsinin (Azərbaycan hüdudları daxilində - Muğanlı, Qobustan, Səngəçal və Nabranın Xəzər sərhədi) dənizkənarı ekosistemlərinin bitki örtüyünün yayılmasının elektron xəritələrinin tərtibi və antropogen təsiri üzrə inteqral GİS-in yaradılması” layihəsi ilə iştirak edib.

Qalib layihə çərçivəsində instituta “Azərkosmos” ASC tərəfindən Azərbaycanın son aerokosmik görüntüləri və elektron xəritələri təqdim olunacaq. Həmçinin institutun əməkdaşları çöl tədqiqatları və zəruri çöl axtarış işləri aparacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: