Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Təhsildə keyfiyyət ili” çərçivəsində “Eksklüziv kimya gecəsi” keçirilib
15.11.2017 09:05
  • A-
  • A
  • A+

“Təhsildə keyfiyyət ili” çərçivəsində “Eksklüziv kimya gecəsi” keçirilib

Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə “Təhsildə keyfiyyət ili” çərçivəsində “Eksklüziv kimya gecəsi” keçirilib.

Məktəbin 9-10-cu sinif şagirdlərinin təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın akad. Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov da iştirak edib.

Mərasimdə məktəb-liseyin direktoru Yaqut Məmmədov çıxış edərək tədbir haqqında qonaqlara məlumat verib, həmçinin akademik Vaqif Abbasovun elmi fəaliyyətindən danışıb.

Sonra V.Abbasov çıxış edərək kimya elminin incəliklərindən, onun öyrənilməsi və istehsalatda geniş tətbiqi barədə məlumat verib. Akademik, həmçinin məktəblə əməkdaşlığa dair bir neçə təklif irəli sürüb.

Sonda şagirdlər qruplara bölünərək kimya sahəsində bilik və bacarıqlarını nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: