Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutunun alimləri sənaye tullantılarından gübrə əldə ediblər
13.11.2017 12:06
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun alimləri sənaye tullantılarından gübrə əldə ediblər

AMEA-nın Geologiya və Geofizika İnstitutunun bir qrup alimi faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar apararaq uğurlu nəticə əldə edib. Belə ki, dağ-mədən işlərində üzə çıxan tullantılardakı təbii mineral birləşmələr neft sənayesinin tullantılarındakı birləşmələrə əlavə edilib və nəticədə əldə olunan gübrə kənd təsərrüfatında istifadəyə yararlı hala gətirilib.

Tədqiqatlara rəhbərlik edən institutun Geoekologiya şöbəsinin baş elmi işçisi, texnika elmləri doktoru, professor Mirəli Alosmanov bildirib ki, nəzərdə tutulan gübrənin hazırlanması üçün azot, fosfor və kaliumun olması gərəkdir ki, bunlar da sözügedən sənaye tullantılarından əldə edilir. Onun sözlərinə görə, bütün bu işlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan vəzifələrdən irəli gəlir.

Əldə olunmuş nəticə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübədən keçirilib və hazırda AMEA-nın Yüksək Texnologiyalar Parkında qurğuda testdən keçirilməyə hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: