www.science.az
07.11.2017 16:15

Sürücülər üçün zəngli papaq yaradılıb

“Ford” şirkəti tərəfindən sürücülər üçün zəngli papaq yaradılıbXüsusi papağa sürücü “mürgüləyən” və ya artıq yuxuya gedən zaman avtomatik işə düşən zəngli saat quraşdırılıb. 

www.spbdnevnik.ru saytının məlumatına görə, ixtiraçılar beyzbol papağına nəzarətçi, akselerometr, qiroskop və parlaq işıq diodu quraşdırıblar. Sürücü yuxuya gedən kimi, onun başı həmişəkindən aşağı enir. Bu zaman işə düşən ötürücülər məlumatı dərhal emal edərək səs siqnalı verir və parlaq fənər sürücünün üzünə işıq saçır.