Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

06.11.2017 13:14
  • A-
  • A
  • A+

“Kainatı kəşf edək” fotomüsabiqəsinin qalibləri müəyyənləşib

“Kainatı kəşf edək” fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Noyabrın 6-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı, Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə keçirilən “Kainatı kəşf edək” fotomüsabiqəsinin nəticələri açıqlanıb.

Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran və Qazaxıstandan peşəkar fotoqraf və həvəskarların müsabiqəyə təqdim etdiyi 100-dən çox fotoşəkil münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun qərara əsasən, birinci yerə Ali İhsan Öztürk, ikinci yerə Aleksandr Ağababayev, üçüncü yerə isə Etibar Cəfərovun çəkdiyi fotolar layiq görülüb.

Bundan başqa, müsabiqədə qiymətləndirilmiş 25 ən yaxşı iş fotosərgidə nümayiş etdirilib.

Tədbirin sonunda qaliblər diplomla mükafatlandırılıb, “Kainata” səyahət astroturizm mərkəzində istirahət imkanı qazanıblar. Sərgidə iştirak edən fotoşəkillərin müəlliflərinə isə sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: