Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ultrabənövşəyi şüa altında görünən "ağıllı" mürəkkəbi spirtlə görünməz etmək mümkündür
02.11.2017 11:56
  • A-
  • A
  • A+

Ultrabənövşəyi şüa altında görünən "ağıllı" mürəkkəbi spirtlə görünməz etmək mümkündür

Çinin kimyaçı alimləri məxfi məlumatların yazılması üçün yeni növ görünməyən "ağıllı" mürəkkəbdən istifadə etməyi təklif ediblər.

naked-science.ru saytı xəbər verir ki, alimlər tərəfindən sinaq məqsədilə yazılan yazını yalnız ultrabənövşəyi lampa altında, xüsusi reagentin köməkliyi ilə oxumaq və spirt vasitəsilə tamamilə görünməz etmək mümkün olub.

Qurğuşun əsaslı mürəkkəb yalnız xüsusi reaktivin iştirakıyla ultrabənövşəyi şüa altında görünür. Bununla yanaşı, yazını daşıyıcını zədələmədən üzvi həllediciylə (məsələn, metanol) yox etmək də mümkündür. Yazının həll olma prosesi cəmi 10 dəqiqə çəkir. Bununla yanaşı, bu prosesi geriyə döndərmək də olur: aktivləşdirici reagent sözügedən mürəkkəblə yazılmış yazını ultrabənövşəyi şüa altında görünən edir. Aktivləşdirmə və deaktivləşdirmə prosesini 20 dəfə təkrar etmək mümkündür.

 

  • Paylaş: