Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İsveç Linney Cəmiyyəti Dendrologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir
02.11.2017 10:51
  • A-
  • A
  • A+

İsveç Linney Cəmiyyəti Dendrologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir

İsveçin Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Kristian Kamill AMEA-nın Dendrologiya İnstitutunun qonağı olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüşdə qonağa müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Sonra K.Kamill çıxış edərək Uppsala şəhərində yerləşən və 1917-ci ildən fəaliyyət göstərən İsveç Linney Cəmiyyəti barədə danışıb. O, təmsil etdiyi qurumun gələcəkdə Dendrologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Daha sonra qonaq Dendroloji parkın canlı bitki kolleksiyaları və rus şairi Sergey Yeseninin muzeyi ilə tanış olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: