Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Kamal Abdullayevə Ural Federal Universitetinin fəxri doktoru diplomu təqdim edilib
28.10.2017 11:12
  • A-
  • A
  • A+

Akademik Kamal Abdullayevə Ural Federal Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Xəbər verdiyimiz kimi, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev sentyabrın 26-da Rusiyanın ilk Prezidenti Boris Yeltsin adına Ural Federal Universitetinin Elmi Şurasının qərarı ilə həmin universitetin fəxri doktoru adına layiq görülüb.

Oktyabrın 27-də Ural Federal Universitetinin təşkilatçılığı ilə Yekaterinburq şəhərində türk dünyasının aktual problemlərinin öyrənilməsinə həsr olunan beynəlxalq elmi konfransda sözügedən diplom akademik K.Abdullayevə təqdim edilib.

Diplomu təqdim edən Ural Federal Universitetinin rektoru Viktor Kokşarov rəhbərlik etdiyi qurumun fəxri doktorları sırasında tanınmış Azərbaycan aliminin də olmasının ali təhsil müəssisəsinə şərəf gətirdiyini, bu hadisənin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət etdiyini vurğulayıb. 

Yüksək mükafata görə minnətdarlığını bildirən akademik K.Abdullayev iki ölkənin ali məktəbləri arasında əlaqələrin sıx olduğunu qeyd edib. Bununla belə, Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın, təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: