Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib
24.10.2017 09:53
  • A-
  • A
  • A+

“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunub.

Müsabiqənin təşkili üçün Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin sədrliyi ilə komissiya yaradılıb. AMEA-nın müxtəlif institutlarından 140-a yaxın magistr, doktorant və dissertant qeydiyyatdan keçib, onlardan 115-nin müraciəti təsdiqlənib.

Oktyabrın 23-də Mərkəzi Elmi Kitabxanada müsabiqənin ilkin mərhələsi keçirilib, “Mənim Akademiyam”, “Mən bu ixtisası niyə seçdim?” və “Ana dilim milli varlığımdır” mövzularında inşalar yazılıb.

Tədbirdə komissiyanın sədr müavini, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, komissiyanın üzvü, akademik Nizami Cəfərov və digərləri iştirak ediblər.

Müsabiqənin növbəti mərhələləri 24-25 oktyabr tarixlərində baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: