Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fəlsəfə İnstitutunun direktoru I Belarus Fəlsəfə Konqresində iştirak edib
23.10.2017 17:11
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutunun direktoru I Belarus Fəlsəfə Konqresində iştirak edib

Belarusun paytaxtı Minsk şəhərində “Qlobal dünyada milli fəlsəfə” mövzusunda I Belarus Fəlsəfə Konqresi keçirilib.

Tədbirin məqsədi müxtəlif ölkələrin nümayəndələri arasında elmi əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulması idi.

Dünyanın 20 ölkəsindən 500-dən çox alimin iştirak etdiyi konqres çərçivəsində “Elm və mədəniyyətdə fəlsəfi bilik: ənənələr, paradiqmalar, perspektivlər” mövzusunda simpozium və  “Postmodernizmin fəlsəfəsi və sivilizasiya problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konqresdə xarici ölkələrin filosofları ilə yanaşı, Azərbaycan alimi – AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə də iştirak edib. “Fəlsəfənin aktuallığı” mövzusunda çıxış edən professor İ.Məmmədzadə fəlsəfənin və milli ideologiyanın bir-birinə təsiri və milli fəlsəfənin universal dəyərlərinin əlaqələrindən danışıb.

Konqres çərçivəsində İ.Məmmədzadə Çinin Sosial Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun nümayəndələri ilə də görüşüb. Görüşdə qarşılıqlı elmi əlaqələrin davam etdirilməsinə dair razılıq əldə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: