Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının üçüncü sayı çapdan çıxıb
23.10.2017 15:17
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının üçüncü sayı çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin təsis etdiyi “Xəbərlər” jurnalının bu ilə olan sayca üçüncü nömrəsi işıq üzü görüb.

Jurnalın yeni sayında “Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətində Naxçıvan”, “Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində nümayiş etdirilən epiqrafik abidələr”, “İrəvanın ermənilərə verilməsi tarixi-siyasi şəraitində imzalanmış bəzi müqavilələrin bu prosesə təsiri”, “Kültəpə ətrafındakı eneolit abidələrinin arxeoloji tədqiqi”, “Kültəpə yaşayış yerinin neolit mədəniyyəti” kimi elmi məqalələr öz əksini tapıb.

Bundan əlavə, “Azərbaycan xanlıqları dövrünə aid bir maraqlı tapıntı barəsində”, “Kitabi-Dədə Qorqud”un dili professor Məhəmmədhüseyn Təhmasibin araşdırmalarında”, “Azərbaycan şifahi xalq ədəbiyyatı “erməni folkloru”nun formalaşmasında mənbə kimi”, “Naxçıvan Muxtar Respublikasında sənaye sahəsinin inkişafı və perspektiv istiqamətləri”, “Naxçıvan Muxtar Respublikasının uğurlu iqtisadi inkişaf modeli” adlı məqalələr jurnalın yeni sayında oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: