Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"EcoWorld" Beynəlxalq Ekologiya Mükafatı üçün müsabiqə elan olunur
18.10.2017 12:12
  • A-
  • A
  • A+

"EcoWorld" Beynəlxalq Ekologiya Mükafatı üçün müsabiqə elan olunur

"EcoWorld" Beynəlxalq Ekologiya Mükafatı uğrunda növbəti müsabiqə elan edilib.

Müsabiqənin keçirilməsi ekoloji problemlərin həlli, biomüxtəlifliyin qorunması, əhalinin ekoloji təhsili və maarifləndirilməsi, ekoloji tarazlığın bərpa edilməsi məqsədi daşıyır.

Müsabiqə iştirakçılarının seçimi təqdim edilmiş ərizə və  layihə, proqram, aksiyaların həyata keçirilməsini təsdiq edən sənədlər əsasında aparılır.

Ərizələrin qəbulu üçün son gün oktyabrın 30-u hesab olunur.

E-mail: prezidiumraen@yandex.ru;

Telefon: +7(495) 954 26 11.

Daha ətraflı məlumatı www.raen.info saytından əldə etmək olar.

Qeyd edək ki, "EcoWorld" Beynəlxalq Ekologiya Mükafatı ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması sahəsindəki nailiyyətlərə, həmçinin XXI əsrdə davamlı inkişafa yönəlmiş digər ekoloji fəaliyyətlərə görə verilir. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bu mükafatın Himayədarlar Şurasının üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: