12 oktyabr 2017-ci il tarixində saat 11:00-da Mərkəzi Elmi Kitabxanada İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunan "Strateji iqtisadi islahatlar: qabaqlayıcı vergi siyasəti" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Tədbirdə “İqtisadi inkişafın resurs amili; əsas meyllər barədə”, “İqtisadi islahatlar, strateji planlaşdırma, dövlət tənzimləməsi: sistemli yanaşma”, “Texnoloji yeniliklərin fiskal stimullaşdırılması” və digər mövzularda məruzələr dinləniləcək.
Ünvan: Bakı şəh., H.Cavid pr., 115.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.