Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
11.10.2017 11:23
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir:

- Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Nəzəri astrofizika və kosmologiya şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Planetlər və  kiçik  səma  cismləri şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Astronomik cihazlar və innovativ texnologiyalar şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- İnformasiya, kommunikasiya texnologiyaları və təşkilat şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Təhsil şöbəsinin müdiri vəzifəsinə - 1 yer.

Müsabiqədə ali təhsilli, fəlsəfə və ya elmlər doktorluğu elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 ay müddətində təqdim olunmalıdır.

Ünvan: AZ5626, Şamaxı şəh., Y.Məmmədəliyev qəsəbəsi.

Tel.: (+994 20) 26 6 10 01, (+994 20) 26 6 10 04.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: