Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Müasir elm – gənclərin baxışı ilə” adlı elmi-praktik konfrans keçiriləcək
10.10.2017 14:57
  • A-
  • A
  • A+

“Müasir elm – gənclərin baxışı ilə” adlı elmi-praktik konfrans keçiriləcək

17 noyabr 2017-ci il tarixində AMEA Rəyasət Heyəti, Gənc Alim və Mütəxəssislər Şurası və bu qurumun Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə  “Müasir elm – gənclərin baxışı ilə” adlı elmi-praktik konfrans keçiriləcək. Konfransın keçirilməsində əsas məqsəd istedadlı gənclərin elmə cəlb olunması, onların karyera yüksəlişində problemlərinin həlli yolları, eləcə də prioritet istiqamətlər üzrə inkişaf perspektivlərini müəyyənləşdirməkdir.

Tədbirdə “Elmi məktəblər və fundamental elmi  axtarışlar”, “Elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli”, “Yüksək Texnologiyalar Parkı – innovativ ideyaların real məkanı”, “Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri” kimi mövzular ətrafında geniş müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: