Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"İslam incəsənəti XXI əsrdə: Ənənə və müasirlik" mövzusunda beynəlxalq konfrans keçiriləcək
06.10.2017 12:34
  • A-
  • A
  • A+

"İslam incəsənəti XXI əsrdə: Ənənə və müasirlik" mövzusunda beynəlxalq konfrans keçiriləcək

9 oktyabr 2017-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə "İslam incəsənəti XXI əsrdə: Ənənə və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirdə "İslam mədəniyyəti kontekstində türk incəsənətinin dövrləşdirilməsi", "Musiqi türkologiyasının mental modelləri", "İslam mədəniyyətində bədii üslublar", "Orta əsrlər Azərbaycan şəhərlərinin məhəllələri" və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: