Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2017 09:30
  • A-
  • A
  • A+

Azərbaycan Dillər Universitetində dilçi-alim İsmixan Rəhimov adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində dilçi-alim İsmixan Rəhimov adına auditoriya açılıb

Oktyabrın 5-də Azərbaycan Dillər Universitetində bu ali təhsil müəssisəsinin rektoru, Əməkdar elm xadimi, akademik Kamal Abdullayevin təşəbbüsü ilə görkəmli tərcüməçi, dilçi-alim, antisovet “İldırım” təşkilatının qurucularından biri olmuş İsmixan Rəhimov adına auditoriyanın açılışı olub.

Tədbirdə İ.Rəhimovun antisovet fəaliyyəti, müstəqillik uğrunda atdığı addımlar haqqında məlumat verən K.Abdullayev bildirib ki, azadlıq hərəkatının görkəmli nümayəndələrindən, antisovet “İldırım” təşkilatının qurucularından biri olan İsmixan Rəhimovun adına auditoriyanın açılması universitet üçün əlamətdar hadisədir. Bu auditoriyada həm dərslər, həm də mühüm tədbirlər keçiriləcək.

K.Abdullayev onun gördüyü işlərə ulu öndər Heydər Əliyevin dövlət səviyyəsində yüksək qiymət verdiyini söyləyib. İ.Rəhimovun pedaqoq və tərcüməçi kimi fəaliyyətindən söz açan rektor onunla bağlı xatirələrini bölüşüb.

Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov İsmixan Rəhimov adına auditoriyanın açılmasını son günlərdə Azərbaycan Dillər Universitetinin rəhbərliyinin atdığı uğurlu addımlardan biri kimi dəyərləndirib. 

Tədbirdə şair Sabir Mustafa İ.Rəhimova həsr etdiyi şeirlərini oxuyub.

Görkəmli alimin qızı Sevda Rəhimova atasının adını daşıyan auditoriyanın yaradılmasına görə ailəsi adından universitetin rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Sonda İ.Rəhimovun həyat və fəaliyyəti barədə film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: