Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Turan Cavidin xatirəsi anılıb
02.10.2017 17:52
  • A-
  • A
  • A+

Turan Cavidin xatirəsi anılıb

Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində görkəmli dramaturqun qızı Turan Cavidin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Mərasimdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı istedadlı mətnşünas vı pedaqoq T.Cavidin mənalı ömür yolundan danışıb, dahi sənətkar Hüseyn Cavid irsinin toplanması, tədqiq və təbliğində, qorunmasında onun mühüm rolunu diqqətə çatdırıb.

Sonra çıxış edən muzeyin Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva muzeyin fondunda saxlanan Turan Cavidə məxsus eksponatlar, onun həyat və sənət yolundan bəhs edən sənədlər, fotolar və xatirə əşyaları barədə məlumat verib.

Muzeyin Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva isə G.Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabından danışıb.

Sonda tədbir iştirakçıları və qonaqlar muzeyin ekspozisiyasında hazırlanmış sərgi ilə tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: