Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Türkologiya” jurnalının növbəti seminarı keçiriləcək
02.10.2017 15:50
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının növbəti seminarı keçiriləcək

Oktyabr ayının 5-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Türkologiya” jurnalının növbəti seminarı keçiriləcək.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın məqsədi “Sovetskaya türkologiya” jurnalının ənənələrini davam etdirmək, türkoloji tədqiqat və mövzulara türkoloqlarla yanaşı, digər elm adamlarının marağını da cəlb etməkdir.

Bu məqsədlə jurnal hər ay türkologiya elminin qarşısında duran müxtəlif problemlərin araşdırılmasına dair seminarlar keçirir. “Türkologiya” beynəlxalq jurnalının budəfəki seminarı “Müasir türkologiyanın aktual və mübahisəli problemləri” mövzusuna həsr olunub. Seminar tanınmış filosof, Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin moderatorluğu ilə  keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: