Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsində bir sıra nəşrlərin təqdimatı keçirilib
19.09.2017 13:26
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində bir sıra nəşrlərin təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağının şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Teyyub Paşayevin “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası”, həmin institutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” və sözügedən qurumun böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Loğman BayramovMeyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyevin həmmüəllifi olduğu “Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genefondu və bioloji xüsusiyyətləri” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.

Bölmənin Elektron kitabxanasında keçirilən tədbirdə Varis Quliyev çıxış edərək həmmüəllifi olduğu monoqrafiyada armud sortlarının təsərrüfat-bioloji xüsusiyyətləri, artırılma üsulları, torpağın əkin üçün hazırlanması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kimyəvi tərkibi, iqtisadi səmərəliliyi kimi məsələlərin öz əksini tapdığını deyib.

Alim “Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” adlı nəşrdə ev quşlarında parazitlik edən koksidilərin növ tərkibi, biologiyası barədə məlumatların, “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası” adlı kitabda isə əkin zəfəranın iqlimləşdirilməsi ilə əlaqədar aparılan elmi-tədqiqatların nəticələrinin yer aldığını söyləyib.

Tədbirdə bölmənin Bioresurslar İnstitutunun elmi katibi, biologiya elmləri üzrə fəlsəfə doktoru Ənvər İbrahimov, həmin institutun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Sahib Hacıyev, Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya elmləri üzrə fəlsəfə doktoru Ramiz Ələkbərov, Bitki sistematikası şöbəsinin böyük elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Seyfəli Qəhrəmanov, Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Akif Bayramov və sözügedən şöbənin böyük elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Mahir Məhərrəmov çıxış edərək ictimaiyyətə təqdim olunan yeni nəşrlərlə bağlı fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: